ÇİLİNGƏR XİDMƏTİ

Çilingər xidməti avtomobilin təhlükəsizliyi və rahat istifadəsi üçün ən vacib sahələrdən biridir. GAAT Autoservisdə çilingər işləri həm mexaniki, həm də elektronik çilingər xidmətlərini əhatə edir. Ustalarımız qapı kilidlərinin təmiri, dəyişdirilməsi və açılmasından tutmuş açarların kodlaşdırılması və yeni nəsil smart açarların uyğunlaşdırılmasına qədər peşəkar şəkildə xidmət göstərir

Müasir avtomobillərdə çilingər işləri artıq ənənəvi alətlərlə görülə biləcək sadə proses deyil — elektron sistemlərin qorunduğu mürəkkəb mexanizmlərdir. Buna görə GAAT çilingər xidməti yalnız ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. Avtomobilinizin kilid sistemi sıradan çıxıbsa, qapı açılmırsa, açar içəridə qalıbsa və ya immobilayzer problemi yaranıbsa, servisimiz sürətli və təhlükəsiz həll təqdim edir.

Göstərilən xidmət

 Bütün proses avtomobilin heç bir hissəsinə zərər vermədən həyata keçirilir. İş bitdikdən sonra kilid sistemi yoxlanılır və tam funksional şəkildə təhvil verilir. GAAT çilingər xidmətində təhlükəsizlik, operativlik və dəqiqlik əsas prioritetdir