PNEVMA ASQISI XİDMƏTİ

Pnevma asqısı avtomobilin komfortunu, sürüş stabilini və ağırlıq bölüşdürülməsini tənzimləyən ən mürəkkəb sistemlərdən biridir. Bu sistemdə baş verən ən kiçik nasazlıq avtomobilin oturmasından tutmuş qeyri-bərabər yol tutuşuna qədər müxtəlif problemlər yarada bilər. GAAT Autoservisdə pnevma asqı sistemi xüsusi diaqnostik avadanlıqla tam yoxlamadan keçirilir.

 Pnevma balonlarının hava itirməsi, kompressorun zəifləməsi, klapan blokunun sıradan çıxması və sensor xətaları kimi problemlər peşəkar şəkildə aşkarlanır. Ustalarımız nasaz detaili təmir edir və ya lazım gəldikdə yenisi ilə əvəzləyir.

 Müştərilərə pnevma sisteminin düzgün saxlanılması ilə bağlı tövsiyələr də verilir ki, sistem uzun müddət problemsiz işləsin. Təmirdən sonra avtomobil sürüş testinə çıxarılır və asqının bərabər işlədiyi tam şəkildə yoxlanılır.

Service Provided

GAAT pnevma asqı xidmətində stabil sürüş, maksimum komfort və təhlükəsizliyi təmin edir.